© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Times”a (NYT) açıq məktub ünvanlayıb.

Bu barədə o, rəsmi “X” hesabında paylaşım edib.

H. Hacıyev məktubunda qeyd edib ki, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüflənir.

"Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, NYT alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. “X” mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb”, - paylaşımda qeyd olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR