© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

DAİM.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: 

“Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR