Putin Əliyev və Paşinyanla danışıqlarlardan razıdır: "Çox konstruktiv işləmişik"
GÜNDƏMRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunlarına yekun vurarkən bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq.
"Biz əsas hesab etdiyim bir sıra məsələlərdə razılığa gəldik. Bunlardan birincisi mexanizmlərin yaradılmasıdır, bu ilin sonuna qədər biz bunu etməyə razılaşmışıq - iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərini nəzərdə tuturam”, - Rusiya lideri bildirib.
“Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, bu mexanizmlərin yaradılmasına heç bir maneə yoxdur”, - Putin bildirib.
Rusiya prezidenti danışıqların nəticələrindən məmnun olduğunu bildirib. “Bu gün biz çox konstruktiv işləmişik, bu, bu gün yaranmış vəziyyətin dərin təhlili idi”, - deyə dövlət başçısı bildirib.
Putin Əliyev və Paşinyana “bu gün Rusiyaya gəlməyə və Qarabağ probleminin həllində və bütövlükdə regionda mövcud vəziyyəti müzakirə etməyə razı olduqlarına görə” təşəkkür edib.
Maraqlana bilərsizr