© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Putin Ukrayna ilə danışıqlara başlamağa hazırdır

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi 2022-ci ilin yazında İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır.

Reyting.az
 xəbər verir ki, bu barədə Rusiya prezidenti Putin Şərq İqtisadi Forumunda (EEF) çıxışı zamanı deyib.

“Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt imtina etməmişik, lakin bəzi efemer tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”, - “The Moscow Times” Putindən sitat gətirir.

Prezidentin sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, lakin sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti fərqli yol tutub.

Eyni zamanda Putin deyib ki, Çin, Hindistan və ya Braziliya da sülh danışıqlarında vasitəçi ola bilər.

“Mən bu məsələ ilə bağlı həmkarlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin liderləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsindən sonra Putinin mətbuat katibi Dmitri Peskov Kiyevlə dnışıqların olmayacağını bəyan etmişdi.

Y. QACAR

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR