© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Putin ümid edir ki, Qarabağda kommunikasiyalar açılacaq

Vladimir Putin Qarabağın dirçəlişinə şərait yaratmaq üçün yaxın vaxtlarda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qərarlar qəbul edəcəyini gözləyir. Bunu Rusiya lideri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Görüş zamanı Putin ölkələrin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın işi haqqında danışıb. Rusiya prezidenti bildirib ki, komissiyanın işi asan deyil, lakin müəyyən nailiyyətlər var.

“Hesab etməyə əsas var ki, yaxın gələcəkdə biz nəinki nəqliyyat kommunikasiyalarının açılması üzrə müvafiq qrupun işini təsdiqləyə, həm də bunun üçün müvafiq qərarlar qəbul edə biləcəyik”, - deyə o bildirib.

Rusiya lideri xüsusi vurğulayıb ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan ümumi maraqlar naminə ölkələr arasında əlaqələrin möhkəmlənməsinə səy göstərməlidirlər. "Biz əsrlər boyu vahid dövlətin tərkib hissəsi kimi bir yerdə olmuşuq, bizim çox dərin tarixi bağlarımız var və onların dağılmasını istəməzdik. Əksinə. Biz çalışmalıyıq ki, onları bərpa edək və gələcəkdə onlara dəstək olaq", - o əlavə edib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR