Putin: "Yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək"
DÜNYA"Rusiyaya qarşı yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək"
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.
Rusiya lideri qeyd edib ki, yeni sanksiyalar dünya bazarlarında qiymət artımına gətirib çıxaracaq.
"Bu, dünya gübrə bazarlarında vəziyyəti daha da pisləşdirəcək, bu isə o deməkdir ki, məhsul yığımına təsir edəcək. Deyərdim ki, bu dalana aparan siyasətdir”, - Putin qeyd edib.
Maraqlana bilərsizr