Putinin həbsinə order: Rusiya bu məsələ ilə bağlı Ermənistandan cavab gözləyir
DÜNYARusiya Ermənistan hakimiyyətindən daha əvvəl prezident Vladimir Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunu ratifikasiya etmək istəyinə aydınlıq gətirməsini tələb edir.
Reyting.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Rusiya nəşrləri Zaxarovadan sitat gətirir:
“Biz artıq Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirməyi xahiş etmişik və İrəvanın cavabının məzmununa əsasən növbəti addımlarımızı müəyyən edəcəyik”.
Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan hökuməti Roma Əsasnaməsini ratifikasiya etmək üçün Milli Assambleyaya göndərmişdi. Məlumdur ki, ölkə hakimiyyəti bundan Azərbaycanla qarşıdurmada istifadə etmək istəyir. Ermənistanın Konstitusiya Məhkəməsi 2004-cü ildə müqavilənin öhdəliklərinin konstitusiyanın bir sıra müddəalarına zidd olduğunu qəbul edib. Amma bu il yeni qərar verib: Roma Statusu Ermənistan Konstitusiyasının normalarına uyğundur.
Xatırladaq ki, yazda Beynəlxalq Cinayət Məhkəməsi uşaqların Ukraynadan deportasiyası ittihamı ilə Putinin həbsinə order verib.
Onu da qeyd edək ki, Roma statusunu 123 ölkə ratifikasiya edib. Məntiqlə Putin bu ölkələrdən birinə gedəcəyi təqdirdə həbs edilməlidir. Növbəti belə ölkə Ermənistan ola bilər, baxmayaraq ki, Moskava ilə İrəvan strateji müttəfiqdir.
Maraqlana bilərsizr