© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Qarabağ klubu yeni transferini təqdim etdi

Qarabağ klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

DAİM.AZ-ın məlumatına görə, Ağdam təmsilçisini Uroş Matiçlə 2 illik müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi 8 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Uroş Matiç 23 may 1990-cı ildə Serbiyada doğulub. Makedoniya əsilli serb futbolçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır. O, Slovakiyanın "Koşitse" (2009 - 2013), Portuqaliyanın "Benfika B" (2013-2014), Hollandiyanın "NAK Breda" (2014 - 2016), Avstriyanın "Şturm" (2016-2017), Danimarkanın "Kopenhagen" (2017-2018), eləcə də icarə əsasında Avstriyanın "Austriya" (2018-2019) və Kiprin APOEL (2019-2020) komandalarının formasını geyinib. Matiç 2017-ci ildə Danimarka çempionu və ölkə kubokunun qalibi olub. O, qardaşından fərqli olaraq, Serbiyanın yox, Makedoniyanın əsas millisində oynamağa qərar verib.  

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR