© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Qarabağda anti-terror əməliyyatı keçirilə bilər - Hərbi analitik

“Qarabağda və Azərbaycan-Ermənistan sərhədində təxribat yaratmaqda ermənilərin məqsədi var. Qənaətimcə, belə vəziyyət hələ davam edəcək. Ən azından ilin sonuna qədər belə təxribatların şahidi olacağıq. Nəzərə almaq lazımdır ki, baş nazir Nikol Paşinyan bəyan edib ki, ilin sonuna qədər sülh müqaviləsi bağlanmalıdır. Ermənilər deyirlər ki, ilin sonuna qədər sülh müqaviləsi bağlanmasa, vəziyyət daha ağır olacaq”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə son günlər törədilən erməni təxribatlarının məqsədindən danışarkən deyib.

Hərbi analitikin fikrincə, ermənilər bu hərəkətləri ilə çalışırlar ki, sülh sazişi imzalanarkən az itki versinlər: “Onların düşüncəsinə görə, belə təxribatlarla Azərbaycanın tələblərini yumşalda, bəzi məsələlərdə güzəşt qopara bilərlər və s.

Yox, əgər müqavilə bağlanmasa, deməli, növbəti ildə də erməni təxribatları ilə üzləşməli olacağıq. Bu zaman Azərbaycan məcbur olacaq ki, məsələni diplomatik və dialoq yolu ilə deyil, silah gücü ilə həll etsin. Amma belə bir vəziyyəti biz yox, ermənilər yaradır”.


A. İsazadə

A. İsazadə Azərbaycan Ordusunun yeni anti-terror əməliyyatı keçirməsini istisna etmir: “Əgər atışmalar davam edirsə və belə təxribatlar sülh müqaviləsinə təsir göstərirsə, bu halda Azərbaycan anti-terror əməliyyatı keçirə bilər.

Yeri gəlmişkən, ola bilsin, Nikol Paşinyan sülh müqaviləsi imzalamaq istəyir, ancaq revanşist qüvvələrin təzyiqi altında məcburdur ki, neytral mövqedən çıxış etsin. Amma Azərbaycan tərəfinin növbəti anti-terror əməliyyatı Paşinyana bu problemin həllində kömək edə bilər. Çünki Azərbayanın anti-terror əməliyyatı ilə hansısa dəstə darmadağın ediləcək. Bu halda Paşinyan sülhə daha tez gələ bilər. Əslində hadisələrin inkişafı göstərir ki, danışıqlarla paralel hərbi imkanlardan da istifadə olunmalıdır. Çünki ermənilər bir az sərbəst olan kimi oyunu pozmağa çalışırlar. Onlara belə imkan vermək olmaz”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR