Qarabağda Rusiya və Türkiyə hərbçiləri harada yerləşdiriləcək? - VİDEO
GÜNDƏMErmənistan ordusu Qarabağdan çəkilməyə başlayıb.
Türk gücü nerede konuşlanacak?
— A Haber (@Ahaber) November 12, 2020
A Haber Yurt Haberler Müdürü @Kerimulak44 bölgeden son notları #canlı yayın ile aktardı pic.twitter.com/XbFsFQ0uoU
Bu barədə “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.
O, Yevlax şəhərindən hazırladığı reportajda Rusiya və Türkiyə hərbçilərinin bölgədəki yerləri və onların missiyaları barədə məlumat verib.
Kərim Ulak Türkiyə hərbçilərinin artıq bölgəyə gəldiyini bildirib. O, hərbçilərin sayının Rusiya sülhməramlıları ilə eyni (1960) olacağını vurğulayıb.
Reportajda bildirilir ki, bölgədə dörd nəzarət və 16 müşahidə postu yaradılacaq, dekabrın 12-dən etibarən rusiyalı və türkiyəli hərbçilər burada dövriyyə edəcək.
Eyni zamanda, bölgədə erməni hərbçilərinin olmayacağı, erməni sakinlərin sıx yaşadığı yerlərin isə təhlükəsizliyinin türkiyəli və rusiyalı hərbçilər tərəfindən təmin olunacağı vurğulanıb.
“Rusiyalı sülhməramlılarına azərbaycanlıların çox yaxşı tanıdığı Rusiya əsilli general Rüstəm Muradov rəhbərlik edəcək”, - deyə o bildirib.
Maraqlana bilərsizr