QASİM-in sədri Türkiyədə bir sıra QHT və beyin mərkəzi rəhbərləri ilə görüşlər keçirib
DİASPORQloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri Nicat Abdullayev və Mərkəzin sədir müavini Nadir Əsədli Türkiyədə səfərdə olublar. Səfər çərçivəsində QASİM nümayəndə heyətinin Türkiyənin və bu ölkədə fəaliyyət göstərən Türk dövlətləri Qeyri Hökumət Təşkilatlarının, eləcə də nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşləri keçirilib.
Türkiyənin Milli Düşüncə Mərkəzi, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfi, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Tibb İşçiləri Birliyi, Kərkük Türkləri Mərkəzi, Dünya Kırım Türkləri Federasiyası və Uyğur Türkləri Mühacirət Hökuməti rəhbərləri ilə keçirilən görüşlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib. Ortaq fəaliyyət mexanizmi formalaşdırmaqla siyasi, iqtisadi, ictimai və sosial səhələrdə QASİM-in beyin mərkəzi funksiyasını artırmaq qərara alınıb.
Görüşlərin ilkin nəticəsi olaraq yaxın gələcəkdə Bakıda Türk dövlətləri QHT və beyin mərkəzləri təmsilçilərinin, siyasi-ictimai şəxslərin, eləcə də elm adamlarının iştirakı ilə beynəlxalq konfransın keçirilməsi razılaşdırılıb.
Maraqlana bilərsizr