Qəbizliyə qarşı dərmanların ÖLÜMCÜL fəsadları.
MARAQLI FAKTLARQəbizlikdən əziyyət çəkən insanlar bir çox hallarda həkimlə məsləhətləşmədən aptekdən işlədici dərmanları alıb qəbul edirlər.
Bəzi insanlar bunu aylar, hətta illər ərzində edirlər. Lakin bu çox təhlükəlidir.
Rusiya KİV-lərinə istinadla bildirir ki, tanınmış Rusiyalı həkim Aleksandr Myasnikovun sözlərinə görə, bir çox xarici ölkələrdə həkimlər xəstələrə işlədici dərmanları 1 həftədən artıq təyin etmirlər.
Myasnikovun sözlərinə görə, işlədici dərmanlar orqanizmdən su və mineralları xaric edir ki, bu da ağır su-elektrolit pozulmalarına gətirib çıxardır. Bunun nəticəsində infarkt və insultun əsas səbəblərindən biri olan ürək aritmiyası inkişaf edə bilər.
Bundan əlavə işlədici dərmanlar bağırsaq mikroflorasına mənfi təsir edir ki, bu da immunitetin zəiflənməsinə səbəb olur.
Mikrofloranın pozulması həm də mərkəzi sinir sisteminin və beyinin fəaliyyətinə də mənfi təsir edir, depressiya, xroniki yorğunluğa səbəb olur.
İşlədici dərmanların növbəti təhlükəsi ondan ibarətdir ki, bağırsaq onlara öyrəşir və daha çox tənbəlləşir.
Əksər hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan həyat tərzidir. İnsan qidalanmasına daha çox meyvə-tərəvəz, göyərti, taxıl bıtkiləri, süd məhsullarını daxil etməli, gün ərzində 1 l adi su içməli, fiziki aktivliyini artırmalıdır. Bir çox hallarda məhz bu sadə qaydalar bağırsaqların fəaliyyətini normallaşdırmağa yardım edir.
Maraqlana bilərsizr