© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət etdi

Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamları açıqlayıb:

- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR