© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Qubada soyqırım qurbanlarının xatirəsi anılıb

Qubada soyqırım qurbanlarının xatirəsi anılıb.

Minlərlə vətəndaş səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksinə axın edirlər. Məzarlığı ziyarət edib, dualar oxuyurlar.

Anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Milli Məclisin deputatları, diplomatik korpusun, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, pedaqoji kollektivlər və məktəblilər, ictimayyət nümayəndələri, eyni zamanda Şimal bölgəsinin digər rayonlarında yaşayan sakinlər soyqırım qurbanlarının xatirəsini yad ediblər.

Anım tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüblər.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək önünə gül dəstələri düzüblər.

Anım mərasimində ziyarətçilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.

Məlumat üçün qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR