Rayonlara gediş-gəliş bərpa edilir?
GÜNDƏM“Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.
DAİM.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
“Çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir. Qərar qəbul olunan kimi, ictimaiyyətə məlumat veriləcək”, - deyə, o qeyd edib.
Maraqlana bilərsizr