Rayonlara gediş-gəlişin bərpası nə vaxtı?
GÜNDƏM“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir”.
DAİM.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, sərbəstlik artdıqca, yoluxma hallarının sayı artır:
“Narıncı zonada yoluxma halları artıb. Gediş-gəlişin intensivliyi yüksələrsə, sarı zonada da artıma səbəb ola bilər. Hələlik bu məsələni indiki mərhələdə dəyişməməyə çalışırıq”.
Maraqlana bilərsizr