"Real Madrid"in 4 futbolçusunda koronavirus aşkarlanıb
İDMANİspaniya "Real Madrid" futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, "kral klubu"nun 4 oyunçusunun COVID-19 testi müsbət çıxıb.
Bunlar qapıçı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Valverde və Eduardu Kamavinqa, həmçinin hücumçu Vinisius Juniordur. Bütün futbolçular karantinə alınıblar.
Maraqlana bilərsizr