Rusiya ərazisi ABŞ silahlarının hədəfinə çevriləcək
DÜNYAAlmaniya və Fransadan sonra ABŞ da Ukraynaya verdiyi silahlarla Rusiya ərzisindəki hədəfləri vurmağa icazə verib. Təhdid yaranağı təqdirdə Ukrayna ordusu Rusiya ərazisi üzərindəki hədəfləri məhv etmək üçün Amerika hava hücumundan müdafiə sistemlərindən (HHMS) istifadə edə biləcək.
Reyting.az-ın xəbərinə görə, bu barədə “Washington Post” qəzeti Ağ ev rəsmisinə istinadla yazıb.
Məlumatda qeyd olunur ki, Rusiya ərazisindən bu ölkənin raketləri və ya qırıcıları Ukraynaya təhlükə törədərsə, ukraynalılar ABŞ-nın verdiyi HHMS-lərdən istifadə edə bilərlər.
Anonimlik şərti ilə danışan ABŞ rəsmisi deyib ki, Rusiya ərazisi üzərindən Ukraynaya təhlükə yaranarsa, Kiyevin ABŞ tərəfindən verilən silahlardan istifadəsinə heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, NATO və Avropa İttifaqı Ukraynanın Rusiyaya Qərb silahları ilə zərbələr endirmək qadağasını aradan qaldırır. Çünki Ukrayna iddia edir ki, bu qadağa onun Rusiyanın transsərhəd hücumlarının qarşısını almaq imkanlarını məhdudlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiya Federasiyasına hücumlar üçün Ukraynaya uzaqmənzilli silahların verilməsini dəstəkləyib. Onun fikrincə, Kiyevə raketlərin buraxıldığı əraziləri, əslində isə Ukraynanın hücuma məruz qaldığı hərbi obyektləri zərərsizləşdirməyə icazə verilməlidir. Eyni zamanda Almaniya da Makronun təklifi ilə qismən razılaşıb.
Rusiya lideri Vladimir Putin isə bir daha Avropanı təhdid edib. Rusiya prezidenti deyib ki, Rusiya ərazisi Qərb silahları ilə vurulsa, bunun cavabı olacaq.
Y. QACAR
Maraqlana bilərsizr