Rusiya koronavirusa qarşı dərmanın ixracına başladı
DÜNYARusiya Birbaşa İnvestisiya Fondu (RBIF) və “ChemRar” şirkətlər qrupu koronavirusun müalicəsi üçün istifadə edilən “Avifavir” dərmanının ixracına başlayıb. Dərman artıq iyun ayında Belarusa göndərilib. Yaxın vaxtlarda preparatın Qazaxıstana tədarükü gözlənilir.
“RİA Novosti” xəbər verir ki, RBIF və “ChemRar” şirkətlər qrupu “Avifavir”in ilk 100 000 dəstinin istehsal edildiyini iyun ayında elan edib.
Qeyd olunur ki, “Avifavir”in Latın Amerikasının bir sıra ölkələrinə tədarükü ilə bağlı danışıqlar aparılır. MDB, Yaxın Şərq ölkələri və dünyanın digər bölgələri də bu dərmana maraq göstərir.
Maraqlana bilərsizr