Rusiya NATO ilə qarşıdurmaya hazırlaşır
DÜNYA
Litva prezidenti Gitanas Nauseda bildirib ki, Kremldəki kadr dəyişiklikləri birbaşa Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəni davam etdirmək istəyi ilə bağlıdır.
Reyting.az xəbər verir ki, G. Nauseda Rusiyanın danışıqlara hazır olduğuna inanmadığını qeyd edib.
“Mən bu rejimə, onların motivasiyasına, qərarlarına inanmıram”,- deyə Nauseda əlavə edib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinə son qoymağın yeganə yolu müttəfiqlər tərəfindən Ukraynaya effektiv və sürətli yardımın göstərilməsidir.
Litva prezidentinin fikrincə, Sergey Şoyqunun müdafiə naziri vəzifəsində Andrey Belousovla əvəzlənməsi yerli rus auditoriyası üçün nəzərdə tutulub.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri isə izah ediblər ki, Putin Ukrayna ilə uzun sürən müharibəyə hazırlığı gücləndirmək və ola bilsin, NATO ilə gələcək qarşıdurmaya hazırlaşmaq üçün Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi edir.
İndi Kreml Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi-sənaye bazasını səfərbər etmək istiqamətində mühüm addımlar atır.
“The Times” yazır ki, Putinin məqsədi silah istehsalının səmərəliliyini artırmaq və hərbi ehtiyacları optimal şəkildə ödəməkdir.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib ki, Şoyqunun yerinə təyin olunan Andrey Belousov Vladimir Putinin daha bir marionetidir.
“Financial Times” yazır ki, Belousov Rusiyanın müdafiə xərclərinin iqtisadi sərtliyini artıracaq.
E. KAMAL
Maraqlana bilərsizr