Rusiyada koronavirus xəstələrinin sayı artır
DÜNYARusiyada bir gündə 5905 koronavirus xəstəsi qeydə alınıb.
DAİM.AZ xəbər verir ki, bu, iyulun 20-dən sonra qeydə alınan rekord saydır. Bir gün əvvəl 5076 xəstə aşkar olunmuşdu.
Ümumilikdə, ölkədə COVID-19 xəstələrinin sayı 1 091 186 nəfərə, aktiv xəstələrin sayı isə 170 min 884 nəfərə çatıb. Bir gündə 5339 nəfər sağalıb, 134 xəstə vəfat edib. COVID-19 xəstəliyinə ən çox yoluxma paytaxt Moskvada - 805 hal qeydə alınıb.
Rusiya yoluxma sayına görə ABŞ, Hindistan, Braziliyadan sonra hələ də 4-cü yerdədir.
Maraqlana bilərsizr