© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Rusiyalılar Ukraynada Putinə qarşı döyüşür - Fotolar

Rusiyanın Ukraynaya hücumuna etirazlar ruslar arasında da artır.

Reyting.az
 xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti Ukrayna ordusunun sıralarında Rusiya ordusuna qarşı çoxlu sayda rusun da döyüşdüyünü yazıb. Qeyd olunur ki, bir çox rus ölkəsini prezident Putinin iqtidarından xilas etmək üçün Ukrayna tərəfində döyüşür.

Bildirilir ki, “Ukraynanın ən yeni qəhrəmanları” kimi qələmə verilən rus döyüşçülər Rusiya ordusu tərəfindən ələ keçirildikdə, ölüm cəzasına məhkum edilirlər. Amma Putindən narazı olan ruslar bu təhlükədən çəkinməyərək Ukrayna tərəfindən döyüşməyə qərar verib. Belə şəxslərdən biri 48 yaşlı rus mühəndis Vladimir Qrotskovdur. O, ölkəsini sevdiyi üçün öz ölkəsinə qarşı vuruşduğunu və Putini dünyanın sülh və təhlükəsizliyini təhdid edən xərçəng xəstəliyi kimi xarakterizə edir.



Rusiya və separatçı qüvvələrlə şiddətli qarşıdurmaların davam etdiyi Donbass bölgəsində döyüşən Qrotskov məqsədinin ölkəsini diktaturadan xilas etmək olduğunu deyib. Yaxalanacağı təqdirdə ölkəsində “satqın” sayılaraq edam olunacağını qeyd edən Qrotskov 11 il əvvəl Rusiyada demokratiya tərəfdarı olan nümayişlərin alovlanması ilə həqiqəti dərk etməyə başladığını bildirib.

Putinə yaxın şəxslərin ölkənin neft gəlirlərini oğurlaması xəbərindən sonra nümayişlərə qatıldığını deyən mühəndis, 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra Ukraynaya getməyə qərar verib.

Qrotskov daha sonra Donbasda rusiyapərəst separatçı qüvvələrə qarşı müharibədə iştirak edib və bundan qürur duyduğunu bildirib.

Son məlumatlara görə, Ukrayna ordusunun sıralarına qoşulan çoxlu rus var. Bu şəxslərdən biri də Rusiyanın bank nəhəngi “Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyevdir. Ukraynada anadan olan Volobuyev Rusiya vətəndaşı olmasına baxmayaraq, işğaldan sonra Ukrayna ordusunun sıralarına qoşulub.

Qeyd edək ki, Volobuyev Ukraynaya qaçdıqdan sonra verdiyi açıqlamada “Rus kişiləri, əgər Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad olmasını istəyirsinizsə, bizə qoşulun”,- çağırışını edib.



Rusiyalı hərbi əsirlərdən də Putin ordusuna qarşı döyüşənlərin olduğu bildirilir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, rusiyalı dissidentlərdən ibarət “Rusiyanın azadlığı legionu”nun 100-dən çox üzvü var. Bu legionda Rusiyanın Ukraynada törətdiyi vəhşilikləri görüb tərəfini dəyişən ruslar təmsil olunur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR