Saakaşvili aclıq aksiyasını dayandırıb
DÜNYAGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbs olunduqdan sonra oktyabrın 1-də elan etdiyi aclıq aksiyasını dayandırıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə tibbi şuranın üzvü Nino Şaraşenidze bildirib.
Şaraşenidzenin sözlərinə görə, Saakaşvili bütün lazımi terapiyadan keçir: "Xəstə qrafik üzrə qida qəbul edir, səhhətinin vəziyyəti stabildir. Müvafiq müalicə taktikasını işləyib hazırlamışıq. Bu prosesə təkcə şura üzvləri deyil, respublika xəstəxanasının həkimləri, qastroenteroloq da cəlb olunub”.
Həkim Saakaşvilinin baş ağrılarından şikayət etdiyini və həkimlərin onu diqqətlə izlədiyini deyib.
Maraqlana bilərsizr