© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Saakaşvili yenidən Ukraynada vəzifə başında

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini İslahat Komitəsinin sədri vəzifəsinə təyin edib.

DAİM.AZ APA-ya istinadən məlumata görə, bu barədə yerli “unian.net” xəbər portalı məlumat yayıb.

 

Qeyd edilib ki, daha əvvəl Vladimir Zelenski Saakaşvilinin bu vəzifədəki səlahiyyətlərini genişləndirmək niyyətində olduğunu bildirmişdi. Bu o deməkdir ki, Saakaşviliyə hökumət iclaslarında iştirak etmək hüququ veriləcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR