© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən DAİM.AZ-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək. 

 

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

 

Sentyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən  əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR