© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Sabahdan məhərrəm ayı başlayır - MƏRASİMLƏR...

Sabahdan məhərrəm ayı başlayır.

Hicri təqvimi ilə məhərrəm ayı ilin ilk ayıdır. Belə ki, avqustun 21-dən Hicri təqvimi ilə 1442-ci il başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev Lent.az -a bildirib ki, məhərrəmin 10-cu günü, yəni aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür: “Müsəlmanların böyük önəm verdiyi aşura günü, yəni məhərrəm ayının 10-u miladi tarixi ilə avqustun 30-na, ərbəin (hadisələrin 40-cı günü) günü isə oktyabrın 8-nə təsadüf edir.

Sentyabrın 18-də məhərrəm ayı başa çatacaq və səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 17-də başa çatacaq”.

S.Quliyev onu da qeyd edib ki, mövcud vəziyyətlə bağlı bu il digər illərdən fərqli olaraq “İmam Hüseyn (ə) təziyəsi” mərasimləri məscidlərdə baş tutmayacaq: “Xalqımızın mənəviyyatına hopmuş ənənəni bu il virtual olaraq yaşada bilərik. Sosial şəbəkələrə çıxışı olan din xadimləri daha da aktiv olmalı, xütbə və moizələri gündəlik olaraq İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə xalqa çatdırmalıdır. Klassiklərimizin Əhli-Beyt (ə) barəsində qələmə aldıqları mərsiyələrdən istifadə etməklə hər bir xütbənin sonunda Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi unutmamalıyıq”.

QMİ əməkdaşı vurğulayıb ki, hicri 61-ci ildən etibarən bu ayın onuncu günü – “Aşura” yaddaşlara tarixi ədalətsizliklə mübarizə və hüzn günü kimi daxil olub. “Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb”- S.Quliyev bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR