© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Sədərək ticarət mərkəzi açılır?

“Qaydaları pozan müəssisələr, hüquqi şəxslər barədə müvafiq inzibati tədbirlərin görülməsi müzakirədədir və yaxın günlərdə açıqlanacaq”.

DAİM.AZ  məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, iri ticarət mərkəzlərinin daxilində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir.

“Qaydalara riayət etməyənləri inzibati məsuliyyət gözləyir. “Sədərək” ticarət mərkəzində fəaliyyətin bərpası da bizi narahat edir. Orada çalışanlar, vətəndaşlar qaydalar çərçivəsində hərəkət etməlidir”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR