Səhiyyə naziri: "Azərbaycanda "Omikron" ştamına yoluxmalar artır"
CƏMİYYƏTAzərbaycanda koronavirusun "Omikron" ştamı ilə bağlı son vəziyyət açıqlanıb.
Səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da "Omikron" ştamına yoluxmalar artır.
Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb.
"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur", - o vurğulayıb.
Maraqlana bilərsizr