© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Səhiyyə Nazirliyi: "Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir"

Səhiyyə Nazirliyi koronavirusa yoluxanlar üçün yanvarın 24-dən etibarən karantin müddətinin 14 gündən 7 günə endirilməsi ilə bağlı yaranmış bəzi suallara izahat verib. Nazirliyin yaydığı məlumatda deyilir:  “Son günlər səhiyyə qurumlarına edilən çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarında edilmiş dəyişikliklə bağlı bildiririk ki, COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur”.

Məlumata əsasən aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

“Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır”,-nazirlik bildirir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR