© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Sərhədə yaxın ərazidə minlərlə tankın cəmləşdirildiyi üzə çıxdı

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynaya münasibətdə “2014-cü ildə yol verdiyi səhvi təkrarlamamağa” çağırıb. virtualaz.org xəbər verir ki, Blinken bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə ötən gün Vaşinqtonda baş tutmuş görüşü zamanı danışıb.

Dövlət katibi bəyan edib ki, Moskva səhvə yol verə və Ukrayna sərhədlərinə qüvvə cəmləşdirdiyi bir vaxtda yenidən eyni ssenarini təkrar edib Ukraynanın suveren ərazilərinə müdaxilə edə bilər. Və bu zaman bəhanə kimi Ukrayna tərəfini hansısa təxribatlara yol verməkdə günahlandırar. Blinken vurğulayıb ki, bütün təxribatlar istisnasız olaraq Rusiyadan qaynaqlanır.

Biz görürük ki, bütün təxribatlar Rusiyadan qaynaqlanır, qoşunların bütün bu hərəkətlərini, Ukrayna sərhədləri boyu cəmləşdirilməsini izləməkdəyik”, - dövlət katibi bəyan edib. Və Ukraynaya yaranmış vəziyyətdə “təmkin nümayiş etdirdiyi üçün” təşəkkür bildirib. Blinken əlavə edib ki, Moskvanın niyyətlərinin nədən ibarət olduğu barədə Vaşinqtonun aydın təsəvvürləri yoxdur. Bununla belə dövlət katibi ABŞ administrasiyasının Rusiyanın necə hərəkət etdiyini bildiyini vurğulayıb.

Dmitri Kuleba isə jurnalistlərə bildirib ki, ABŞ-a səfəri zamanı Bayden administrasiyasından Rusiyanın “yeni eskalasiya cəhdləri” barədə əlavə məlumatlar alıb. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinə təqdim edilən bu məlumatlar Kiyevin qənaətlərinə və analizinə uyğun gəlir, bunlara yeni elementlər əlavə edir və baş verənlərə dair tam mənzərəni görməyə imkan verir. Kuleba Ukrayna tərəfinin Belarusda baş verənlər barədə məlumatları ABŞ tərəfinə çatdırdığını da deyib. “Belarus potensial cəbhədir və ona məhəl qoymamaq olmaz”, - nazir bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Moskvaya əvvəlcədən anons edilməyən səfərə gəlmişdi və Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmüşdü. Daha sonra CNN bildirdi ki, Uilyam Berns Rusiya qoşunlarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi barədə Moskvaya xəbərdarlıq etmək üçün prezident Bayden tərəfindən göndərilib.

Həmin nümayəndə heyətinin tərkibində yer alan amerikalı rəsmilərdən biri, dövlət katibinin ABŞ və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu məlumatı təsdiq edib. Bildirib ki, MKİ direktorunun başçılıq etdiyi  Amerika nümayəndə heyəti həqiqətən Moskvada Rusiya qoşunlarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi məsələsini qaldırıb. Vaşinqtonun bu vəziyyəti diqqətlə izlədiyi və Ukraynanın suverenliyinə dəstəyin ABŞ xarici siyasətinin başlıca prioritetlərindən olduğu haqda xəbərdarlıq edib.

 

Bu arada sosial şəbəkələrdə Rusiyanın Ukrayna ilə sərhədlərə yaxın Voronej vilayətində çoxsaylı T-80 tanklarının cəmləşdirdildiyi düşərgənin görüntüləri yayılıb. Şahidlərin çəkdikləri videokadrlara görə, Voronej ətrafında, açıq səma altında çoxsaylı zirehli texnika yer alır. “Bax Voronejdə bu qədər tanklar var. Mən bilmirəm onların sayı nə qədərdir. Yəqin minlərlədir”, - kadrların müəllifi bildirir.

Voronej vilayəti ilə Ukraynanın Xarkov şəhəri arasında məsafə 300 kilometr təşkil edir, hansı ki, məlumatlara görə Rusiya irimiqyaslı hərbi müdaxilə həyata keçirsə bu vilayəti də zəbt edə bilər.

 

Rusiya ordusunun silahlanmasında minlərlə T-80 tankları var, onlar hazırda öz parametrlərinə görə köhnəldiyi üçün konservasiya edilib, amma məlumdur ki, Donbass separatçılarına çoxlu sayda bu cür tanklar verilmişdi.

Donbassda isə qarşıduran tərəflər bir-birlərinin mövqelərinə artilleriya zərbələri endirməkdə davam edir. Ötən gün axşamdan başlayaraq Ukrayna ordusunun mövqeləri Donetsk separatçıları tərəfindən artilleriya və minomyot atəşlərinə tutulub, cavab olaraq Ukrayna ordusu separatçıların Donetsk şəhəri ətrafındakı mövqelərinə zərbələr endirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR