© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Şəhidin ailə üzvlərində koronavirus aşkarlanıb

Şəhid Şaban Cəfərovun həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə "Report"a şəhidin qızı N.Cəfərova özü bildirib.

Onun sözlərinə görə, testin nəticəsi hələlik məlum olmasa da, hazırda o, Mingəçevir şəhərindəki yaşadığı mənzildə ev şəraitində müalicəyə cəlb olunub. Anası Ş.Cəfərova isə koronavirus testi pozitiv çıxdığından Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

"Hazırda özümü heç yaxşı hiss etmirəm. Danışmaqda çətinlik çəkirəm. Ümid edirəm ki, tezliklə sağalacağıq", - o bildirib.

Qeyd edək ki, Şaban Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub. 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR