СNN: “Rusiya defolta yaxınlaşır”
DÜNYARusiya iqtisadiyyatı defolta yaxındır və onun gələcəyi perspektivsiz görünür. Bu barədə CNN Business “JPMorgan”-ın son analitik hesabatına istinadən xəbər verir.
Qeyd olunur ki, Rusiya fond bazarı bağlı olaraq qalır, rublun dəyəri bir sentdən aşağıdır və Qərb biznesi Rusiyadan qaçır. Bundan sonra Rusiya iqtisadiyyatının defoltu baş verə bilər.
“Rusiyaya qarşı sanksiyalar Rusiyanın dövlət sabit valyuta istiqrazları üzrə defolt ehtimalını əhəmiyyətli dərəcədə artırıb”, - JPMorgan analitikləri bildirib.
Belə ki, Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar və ayrı-ayrı Rusiya banklarının SWIFT sistemindən kənarda qalması ölkənin borclarını ödəmək üçün xarici valyutaya çıxış imkanlarına təsir edəcək. Buraya Rusiyanın hazırda sanksiyalardan azad olan beynəlxalq ehtiyatları, eləcə də ixracdan əldə edilən pul vəsaitləri daxildir.
Bu arada, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli defolt reytinqini BBB-dən B-yə endirib. Qeyd olunur ki, reytinqin daha da aşağı düşməsi ehtimalı var.
Maraqlana bilərsizr