© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Suda üzən, quruda gəzən balıq növü tapılıb

Suda üzən, quruda gəzən bilən balıqların dinozavrların ilkin çağında peyda olduğu deyilir. Bu bənzərsiz, heyrətamiz canlıların indiyə qədər yaşadığı müasir elmə yeni məlum olub. Alimlər balıqların ən qədim və yeni növünü kəşf ediblər.

Reyting.az
 xəbər verir ki, tədqiqatçılar təxminən yüz milyonlarla il öncə Yer kürəsində yaşamış, həmçinin nadir növ hesab olunan ağciyər balığının qalıqlarını tapıblar.

"Məlumdur ki, Yer kürəsi inanılmaz sayda növlərə ev sahibliyi edib, indi də edir. Bu növlərdən bəzilərinin çoxdandır ki, nəsli tamamilə kəsilib, digərlərinin isə bu gün də inkişafı davam edir. Bununla belə, planetdə yüz milyonlarla il yaşamış, indi də nəslini davam etdirən növlər var. Belə növlərdən birinin fosili bir müddət əvvəl, uzun sürən elmi araşdırmalardan sonra əldə edilib", - deyə "IFLScience" nəşri yazır.

İlk dəfə bu heyrətamiz fosili Zimbabvenin şimalında safari bələdçisi və fosil ovçusu Stiv Edvards kəşf edib. Burada çalışan bir tədqiqatçı öz araşdırmaları zamanı dinozavrların təxminən iki yüz on milyon il əvvəl mövcud olmağa başladığı ərəfədə Yer planetində yaşamış qeyri-adi və çox maraqlı bu balıq fosilini üzə çıxara bilib.

Alimlərin səyləri sayəsində fosilin tədqiqi fosillərin hələ elmə məlum olmayan yeni bir növə aid olduğunu ortaya qoyub. Yeni növə "Ferganoceratodus edwardsi" adını verən tədqiqatçılar bildiriblər ki, bu növün nümayəndələri əslində ağciyər balıqlarıdır və onlar böyük qrup halında təxminən 420 milyon ildir mövcuddurlar. Alimlərin sözlərinə görə, onları bu gün də bizim planetdə canlı tapmaq olar.

Nəşr yazır: "Ağciyər balıqları həm də çox qəribə tənəffüs yolları ilə diqqət çəkirlər. Onların əksəriyyəti balıqlar kimi üzgüçülük kisəsinə malikdirlər, lakin ağciyər balığı böyüdükcə onun orqanizmi də qismən dəyişir və nəticədə balığın sudan nəfəs almağa imkan verən bir növ bədənə uyğunlaşdırılmış ağciyəri tamamilə formalaşır. Tədqiqatçılar isə bu barədə belə bir fikir söyləyirlər ki, həmin bacarıq balıq quruya süründükdə də ona kömək olur və nəticədə belə növlərin hamısı balıqdan yuxarı olan, həmçinin də bütün onurğalıları əhatə edən dördayaqlı heyvanlara çevrilməklə quruda da faydalı olurlar. Bu faktın özü "Ferganoceratodus edwardsi"-nin həyatının inkişafı barədə çox şey deyir və onun sudan quruya necə keçdiyini, eləcə də təkamül dövrünü tam maneəsiz necə ötdüyü haqqında bir çox sirlərin xəzinəsinə çevirməklə xeyli elmi bilgiləri artırır".

Əvvəlki araşdırmalar göstərib ki, ağciyər balığının heyrət doğuran tənəffüs sistemi onlara təhlükə vaxtı eyni yuvada düşmən hücumundan gizlənməklə, eləcə də selikli kozaya bükülmüş vəziyyətdə istidə rahat yatıb gözləmək imkanı verir. Tədqiqatlar deyiblər ki, həmin dövrdə balıqlar nəfəs almaq üçün kifayət qədər yerdən ötürlər və dörd il ərzində yeməksiz və susuz qala bilirlər.

London şəhərində yerləşən Təbiət Tarixi Muzeyinin əməkdaşı və bu tədqiqatların həmmüəllifi olan professor Paul Barrettin dediyinə görə, ağciyər balığının yeni üzə çıxan növünün kəşfi qeyri-adi hadisədir. Alimin fikrincə, bu qəribə, həmçinin qədim növə aid olan belə bir maraqlı canlının heyrətamiz tənəffüs sistemi barədə artıq daha çox məlumat əldə etmək imkanları yaranıb. Üstəlik, yeni bir növün kəşfi və bu yöndə aparılan araşdırmalar qədim heyvanların təkamülünü tamamilə aydın və geniş şəkildə tədqiq etmək imkanı da verəcək.

Professor Paul Barrettinin dediyinə görə, başlıca məqsəd elm aləmi və alimlər üçün böyük qiymətli bir kəşf olan bu yeni, həm də qeyri-adi balığın "Ferganoceratodus edwardsi"-nin milyon illər ərzində sudan quruya hansı proseslər nəticəsində, necə keçdiyini öyrənib tədqiq etməkdir.

Oqtay QORÇU

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR