Sumqayıtda itkin düşən azyaşlının cəsədi Ceyranbatan su anbarında aşkarlanıb
GÜNDƏMSentyabrın 2-də Sumqayıt şəhərində naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Y.Davudovun cəsədi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, FHN-nin 112 - qaynar telefon xəttinə Y.Davudovun itkin düşməsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu uşağın itkin düşdüyü ehtimal olunan əraziyə cəlb edilərək axtarışlara başlayıb.
Y.Davudovun Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından axtarışlar onun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində - Samur-Abşeron kanalı və Ceyranbatan su anbarında davam etdirilib.
Maraqlana bilərsizr