Tallində Azərbaycan-Estoniya dostluq parkının açılışı olub
GÜNDƏMOktyabrın 11-də Tallində Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın açılış mərasimi olub.
Tarixi əlaqələri özündə əks etdirən parkın girişində qurulmuş lövhədə ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkli, Azərbaycan, eston və ingilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı haqqında məlumatlar yerləşdirilib.
Eyni zamanda, parkdakı fontanın ətrafında hər iki ölkənin, həmçinin Suraxanı və Kristiyne rayonlarının dostluq münasibətlərini tərənnüm edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə salınıb. Tədbirdə Azərbaycanın Estoniyadakı diaspor nümayəndələri də iştirak edib.
Maraqlana bilərsizr