© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Tanınmış aparıcıya vəzifə verildi

AzTV-nin keçmiş aparıcısı Rəşad Mehdili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə təyin olunub.

DAİM.AZ xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov məlumat verib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub. Rəşad indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib. Həmkarımızı təbrik edir, yeni işində ona uğurlar arzulayırıq!"

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR