© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Tehran özünü Trampdan sığortalamağa çalışır - Foto

İran ABŞ və beynəlxalq vasitəçilərlə nüvə sazişlərinin mətninə müqavilənin ləğvi zamanı itkilərin ödənilməsinin zəruriliyi haqqında bəndin daxil edilməsini təklif edib. İslam Respublikası hesab edir ki, müqavilə bağlanarsa, Amerikada daha sərt administrasiya hakimiyyətə gəldiyi halda, bir-birinin ardınca denonsasiya oluna bilər. Ona görə də, iştirakçıların üzərinə cəza ilə bağlı öhdəlik qoymaq istəyir.

Reyting.az
 xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rus nəşrinin təhlilində qeyd olunur:

Prezidentlik ambisiyaları olan respublikaçılar uzun müddətdir ki, Tehranla istənilən sövdələşməni geri qaytaracaqlarına söz veriblər. Lakin ekspert icmasında kompensasiya ilə bağlı bəndin qəbulunun son dərəcə çətin olduğunu deyirlər.

İranlı müzakirəçilərin yeni tələbləri barədə CNN telekanalının mənbələri məlumat verib. Onların fikrincə, hazırda amerikalı diplomatların qarşısında duran əsas məsələlərdən biri İslam Respublikasına “ABŞ-ın növbəti administrasiyaları bir daha sazişdən çıxmaq qərarına gələrsə” təzminat ala biləcəyinə dair etibarlı təminat verməkdir. Keçmiş prezident Donald Trampın dövründə olduğu kimi.

İranın danışıqlar qrupunun müşaviri Məhəmməd Mərəndi CNN-ə təsdiqləyib ki, yenilənmiş Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) ləğvi halında, ölkəsi həqiqətən də müqaviləyə təzminat bəndinin daxil edilməsi üçün səy göstərir.

Bu həftənin əvvəlində İran tərəfi JCPOA-nın bərpası ilə bağlı təkliflərinə cavab olaraq Avropa İttifaqına məktub göndərib.

“Politico” nəşri öz mənbələrinə istinadla yazır ki, Tehranın təqdim etdiyi mətndə əsas diqqət sanksiyalar rejimi və iqtisadi təminatların yumşaldılması aspektlərinə yönəlib. Ümumiyyətlə, məktub Avropa rəsmiləri tərəfindən bu ay hazırlanmış JCPOA-nın yekun layihəsinə reaksiyadır.

“Wall Street Journal”-ın qeyd etdiyi kimi, Brüssel orada iranlılara bir sıra güzəştlər, o cümlədən onların nüvə materialları ilə bağlı beynəlxalq araşdırmalar təklif edib. Qərb diplomatları Tehranın cavabını müsbət qiymətləndirirlər.

İspaniyanın “Pais” qəzetinin məlumatına görə, JCPOA-nın canlandırılması ilə bağlı qərar yaxın günlərdə verilə bilər. Bununla bağlı Avropa İttifaqı qeyd edir ki, bu ilin payızında ABŞ Konqresinə aralıq seçkiləri başlamazdan əvvəl tarixə son qoyulması vacibdir.

Bir sıra sosioloqlar hesab edir ki, Demokratlar Partiyası Kapitoli təpəsinə nəzarəti saxlaya bilməyəcək.

Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib: “Biz son 16 ayı lazım olduğundan daha uzun sürdüyünə inandığımız bir prosesə sərf etdik. Biz iki əsas sualın əsasını təşkil edən geniş mövzulara toxunduq: İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq üçün addımlar atmalı və ABŞ sanksiyaların yumşaldılması baxımından hansısa addımları atmağa hazır olmalıdır”.

İranla potensial razılaşmanı pozmaq təhdidləri ABŞ-da müntəzəm olaraq eşidilirş Bu, əsasən respublikaçılar düşərgəsinin tanınmış nümayəndələrindən eşidilir. Belə ki, iyun ayında əsas dissident təşkilat olan “İranın Milli Müqavimət Şurası”nın Albaniyadakı qərargahına baş çəkən keçmiş vitse-prezident Maykl Pens mümkün nüvə sazişinin uzun sürməyəcəyini açıq şəkildə bildirib: “İranda və dünyada baş verən oyanış ABŞ-ın hazırkı administrasiyasının proqnozlaşdırdığı zəiflikdən xəbər verir”.



Bu ilin may ayında Tehranın əleyhdarlarının qərargahına analoji səfəri keçmiş dövlət katibi Maykl Pompeo etmişdi. O, İran agentlərinin hücumlarından qorxduğu üçün hələ də səlahiyyətli orqanlar tərəfindən bahalı mühafizə altındadır. Diplomatik idarənin keçmiş rəhbəri həmçinin İslam Respublikasının radikal sol əleyhdarlarını sakitləşdirməyə tələsərək deyib ki, Amerika tərəfi “İran müqavimətinə üz tutmalı və onun böyük imkanlarından istifadə etməlidir”. “Bu günə qədər ABŞ-ın İrana qarşı siyasətində çatışmayan əsas amil mütəşəkkil müxalifətə siyasi dəstəyin olmamasıdır”, - bir respublikaçı bildirib.

Bu baxımdan, İran rəsmilərinin potensial razılaşmanın uğursuzluğunun nəticələrini hesablamaq cəhdi təbii görünür.

Hərbi ekspert Yuri Lyamin NG ilə söhbətində deyib: "Tehranın təzminatda marağı tamamilə başadüşüləndir. Əvvəldən İran tərəfi ABŞ-ın yenidən canlanmış JCPOA-dan çıxma ehtimalı olacağı halda, heç olmasa müəyyən təminat almağa çalışır. Lakin bu kompensasiyaların nədən ibarət olduğu tam aydın deyil. Boş sözlər və siyasi bəyanatlar heç bir şəkildə İrana kömək etməyəcək, çünki o, ABŞ-ın Tramp dövründə JCPOA-dan çıxmasından sonra artıq Aİ və digər ölkələrdən çoxlu təəssüflər eşidib”.

Ekspert qeyd edib ki, bütün bu rəğbət dolu bəyanatlar Avropa və digər regionlardakı şirkət və bankların itaətlə izləməyə başladığı ABŞ-ın sanksiyalarının nəticələrini yüngülləşdirməyə imkan verməyib.

Y. Lyaminin fikrincə, əgər söhbət Tehranın maliyyə və iqtisadi təzminatda maraqlı olmasından gedirsə, o zaman belə bir şərti necə düzəltmək lazımdır ki, “nüvə sazişi” ilə bağlı demarş baş verəcəyi təqdirdə, bu, Amerika tərəfi üçün məcburi olsun.

“JCPOA ətrafında əsas problem dəqiq olaraq JCPOA üçün səy göstərən Amerika administrasiyalarının Konqresdən keçə bilməməsi və hər hansı öhdəlikləri təmin edə bilməməsidir. Müvafiq olaraq, ABŞ prezidentinin növbəti administrasiyası onları asanlıqla tərk edə bilər", - deyə NG-nin həmsöhbəti fikirlərini yekunlaşdırıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR