Temperaturu 40 dərəcəyədək yüksələcək
HAVA HAQQINDAİyun ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən DAİM.AZ-a verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 26-31, bəzi günlərdə 35-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 9-12 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasından bir qədər az (norma 21-35 mm) olacaq .
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 86-130 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 30-35, bəzi günlərdə 37 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 46-63 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan az olacağı (norma 18-179 mm) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına (norma 12-49 mm) yaxın olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 29-47 mm) gözlənilir
Maraqlana bilərsizr