© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Təhsil naziri özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüşdü - FOTO

Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Bununla bağlı nazirlik məlumat yayıb.

Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin, təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR