© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Tibb işçilərinə müddətli əlavənin verilməsi bu tarixədək uzadıldı

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR