Tramp qərarını elan etdi - “Müqavilədən çıxacağıq”
DÜNYAABŞ Prezidenti Donald Tramp ölkəsinin “Açıq Səma Müqaviləsi”ndən çıxacağını bildirib.
DAİM.AZ “RİA Novosti”yə istinadən məlumatına görə, Ağ Ev rəhbəri müqavilənin yenilənməsinin də mümkün ola biləcəyini istisna etməyib:
“Düşünürəm ki, bizim Rusiya ilə çox yaxşı münasibətimiz var. Ancaq o, razılaşmaya riayət etmədi. Bu səbəbdən Rusiya müqaviləyə əməl edincəyə qədər, biz çıxacağıq. Həmçinin, çox yaxşı şans da var, biz yeni saziş hazırlaya və ya yenidən bir araya gələ bilərik”.
Qeyd edək ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb. Hazırda sazişin 34 üzv-dövləti var. Müqavilə iştirakçı-ölkələrə bir-birlərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqda açıq informasiya toplamaq icazəsi verir.
ABŞ və Rusiya dəfələrlə bir-birlərini müqavilənin şərtlərini pozmaqda ittiham ediblər. Rusiya XİN-i isə Vaşinqtonun Moskvanı öhdəlikləri pozmaqda günahlandırmaqla əslində sənədin icrası ilə bağlı şəxsi problemləri barədə susmaq niyyətində olduğunu açıqlayıb.
Maraqlana bilərsizr