© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Tramp ÜST-ə 30 gün vaxt verdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tələb etdiyi islahatların aparılmasını təmin etmək üçün ona 30 gün vaxt verib. Əks təqdirdə, Birləşmiş Ştatlar beynəlxalq qurumun maliyyələşdirilməsini qəti şəkildə dayandıracaq və üzvlüyünə yenidən baxacaq.

DAİM.AZ bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisusa göndərdiyi məktubda bildirilib.

 

“ABŞ prezidenti olaraq, mən sizə məlumat verməliyəm ki, əgər ÜST 30 gün ərzində əsas əhəmiyyətli təkmilləşdirmələrin həyata keçirilməsinə zəmanət vermirsə, mən ÜST-ün Birləşmiş Ştatlardan maliyyələşdirilməsini müvəqqəti donduracağam və təşkilata üzvlüyümüzü yenidən nəzərdən keçirəcəyəm”, - məktubda deyilir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR