© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyə millisi Millətlər Liqasını məğlubiyyətlə başlayıb

Sentyabrın 3-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümünə start verilib.

DAİM.AZ xəbər verir ki, ilk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma keçirilib.

B liqasının 3-cü qrupunda yer alan Türkiyə millisi öz meydanında Macarıstan komandasını qəbul edib.

Görüş qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb.

Digər maraq doğuran görüş A Liqasının 4-cü qrupunda baş tutub. İki iddialı komandalar - Almaniya və İspaniya seçmələri qarşılaşıb.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Almanların heyətində Timo Verner, ispanların isə Xose-Luis Qaya fərqləniblər.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

A Liqası (4-cü qrup)

Ukrayna – İsveçrə - 2:1.

B Liqası (3-cü qrup)

Rusiya - Serbiya - 3:1.

B Liqası (4-cü qrup)

Bolqarıstan - İrlandiya - 1:1;

Finlandiya - Uels - 0:1.

C Liqası (3-cü qrup)

Moldova – Kosovo - 1:1;

Sloveniya – Yunanıstan - 0:0.

D Liqası (1-ci qrup)

Farer Adaları - Malta - 3:2;

Latviya - Andorra - 0:0.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı oyunla start verəcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR