Türkiyədə 3 günlük küçəyə çıxmaq qadağası başladı
DÜNYATürkiyədə yeni növ koronavirus epidemiyası səbəbindən 3 günlük küçəyə çıxmaq qadağası yenidən qüvvəyə minib.
DAİM.AZ “Hürriyet”ə istinadən xəbər verir ki, Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldak daxil olmaqla 31 şəhərdə məhdudiyyətlər bu gündən tətbiq olunmağa başlayıb.
Qadağa mayın 4-dək qüvvədə olacaq. Bu müddətdə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı şəxslərin küçəyə çıxmasına icazə verilməyəcək. Mayın 1-də marketlər saat 09:00-dan 14:00-dək açıq olacaq. Digər zəruri ehtiyaclar evlərə sifarişlə çatdırılacaq. 2-3 may tarixlərində isə market və dükanlar da bağlı olacaq. Məhdudiyyətlər sadəcə çörək bişirilən və satılan məkanlara tətbiq edilməyəcək.
Maraqlana bilərsizr