© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyədə bu gün 930 nəfər koronavirusa yoluxub.

Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.

DAİM.AZ xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

Ötən bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərdir.

Son sutkada 1 622 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 133 400 nəfərə çatıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR