© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyə ilə pasport rejiminin ləğv edilməsinin daha bir üstünlüyü

Türkiyə ilə yeni müqavilə iki ölkə arasında turizm göstəricilərinə müsbət təsir edəcək.

Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

 

O bildirib ki, hazırda pandemiya ilə əlaqədar turizm fəaliyyəti dayandırılıb, lakin iki ölkə arasında bağlanan müqavilənin nəticəsini gələcəkdə müşahidə edəcəyik:

 

“Ümumilikdə, sərhədkeçmə şərtlərinin sadələşdirilməsi turizmin inkişafına təkan verir. Türkiyə Azərbaycana turist cəlb etmək üçün prioritet istiqamətdir və turizm sənayemiz yaranan yeni imkanlardan gələcəkdə bəhrələnəcək”.

 

Sektor müdiri əlavə edib ki, Azərbaycana səfər edən xarici ölkənin vətəndaşları sırasında Türkiyə üçüncü yerdədir:

 

“2019-cu ildə Azərbaycana 316 628 Türkiyə vətəndaşı səfər edib. 2018-ci illə müqaisədə 8,6 faiz artım qeydə alınıb. Eləcə də, Azərbaycana səfər edən xarici vətəndaşların sırasında Türkiyə Rusiya və Gürcüstandan sonra üçüncüdür”.

 

Qeyd edək ki, 10 dekabr tarixində Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı protokol imzalanıb.

 

Sazişə əlavə olaraq imzalanmış protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala biləcəklər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR