Türkiyə XİN rəhbərindən Qarabağla bağlı bəyanat barədə VACİB AÇIQLAMA
GÜNDƏM“Azərbaycanın istədiyi bir şey var idi: 30 ilə yaxındır işğalda olan torpaqlarını geri almaq”.
Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, son bəyanata görə, Azərbaycanın bütün torpaqları təkrar geri verilir:
“Türkiyə əvvəldən bildirdi ki, qardaş Azərbaycan torpaqları ilə bağlı hansı həll yolunu seçirsə, biz yanındayıq. Azərbaycanın işğal altında olan torpaqları geri verilmədiyi vaxtda atəşkəs olursa, nə olacaq ki? Qalıcı atəşkəs olmaz, məsələ həllini tapmalı idi. Sonuncu bəyanatla bu məsələ həllini tapdı”.
O qeyd edib ki, prosesdə Rusiyanın da rolu böyükdür.
Maraqlana bilərsizr