© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyədə dünyanın ilk təqvimi tapılıb - Fotolar

Dünyanın ən qədim təqvimi aşkara çıxarılıb.

Reyting.az
 "Daily Mail"-ə istinadla bildirir ki, arxeoloqlar bu tapıntını dünyanın ən qədim təqvimi hesab edirlər.

Edinburq Universitetinin alimləri Türkiyə ərazisində 12 min illik tarixə malik qədim bir məbədin yaxınlığındakı daş sütunda həkk olunmuş 365 "V" simvolunu tədqiq ediblər. Mütəxəssislərin fikrincə, bu təqvim ancaq bir günü göstərən Günəş təqvimi funksiyasını yerinə yetirə, həm də 12 qəməri ayı və 11 əlavə günü ehtiva edə bilər.



Alimlər inanırlar ki, yeni tapıntı qədim insanların eramızdan əvvəl 150-ci il tarixində qədim Yunanıstanda yazılı tarixlərin ilk dəfə bu şəkildə qeydə alınmasından da çox - 10.000 il əvvəl vaxtı ölçməkdən ötrü çox dəqiq üsullara malik olduğunu göstərir.

Tədqiqatçıların sözlərinə görə, belə bir sistem bəşər tarixinin xronologiyasına da təsir göstərə bilərdi, çünki həmin dövrdə yaşayan insanların fikrincə, təxminən 13 000 il əvvəl kometa qalıqlarının Yerlə toqquşma tarixini qeyd etmək üçün əsas vaxt dəqiq istifadə edilməli idi və edilib. Bu toqquşma 1200 ildən çox davam edən, həmçinin bir çox növdən olan nəhəng heyvanların nəslinin kəsilməsinə səbəb olan mini-buz dövrü ilə nəticələnmiş ola bilər.

Alimlərin ehtimalına görə, bu hadisənin Qərbi Asiyada sivilizasiyanın yaranması ilə bağlı həyat tərzinə, həmçinin kənd təsərrüfatında köklü dəyişikliklərə səbəb olması da mümkündür.



Nəşr yazır ki, bununla bağlı müxtəlif rəylər və elmi ehtimallar mövcuddur:

“Yeni kəşf böyük bir tarixə işıq salır. Mütəxəssislərin fikrincə, kometaların vurduğu dağıntılar qədim insanları ovçuluq və yığıcılıqdan daimi yaşayış məskənləri yaratmağa, öz həyat tərzini dəyişməyə məcbur edib".

Edinburq Universitetinin əməkdaşı, mühəndislik məktəbinin tədqiqatlara rəhbərlik etmiş üzvü, professor Martin Svetmanın sözlərinə görə, güman ki, Türkiyə ərazisindəki Göbəkli Təpə sakinləri səma hadisələrinə xüsusi, həm də daimi maraq göstəriblər.

Svetman deyib ki, kometaların təsirindən yaranmış təbii fəlakəti nəzərə alsaq, bunun heç də təəccüblü bir hadisə olmadığını söyləmək mümkündür:

“Nəticələr deyir ki, bu hadisə sivilizasiyanın, həm də yeni dini inancların yaranmasına, bununla yanaşı soyuq iqlimin öhdəsindən gəlmək üçün kənd təsərrüfatı sahəsində inkişafın stimullaşdırılmasına çox kömək edib. Ola bilsin ki, onların müşahidələrini qeydə almaq cəhdləri minlərlə il ərzində təkmilləşərək yazının inkişafı yolunda ilk addımlardır. Göründüyü kimi, sütun iki hissəyə bölünmüşdü: bir hissədə, yəni lap yuxarıda "V" simvolları, digər hissədə isə nisbətən daha kiçik kvadrat simvollar var. Qədim sütun günəşi disk və əqrəb şəklində təsvir etməklə həm də digər bir tarixdən xəbər verir, Yunanıstanda Əqrəb bürcünü simvolizə edirdi. Beləliklə, bu sütunun xüsusiyyətləri, onun üzərindəki qeydlər bir daha onun dünyanın ilk tarixi təqvimi olduğunu sübuta yetirir".



Alimlər bildiriblər ki, Türkiyədə üzə çıxmış bu arxeoloji tapıntı və bir neçə daş sütun da daxil olmaqla əldə edilənlər indiyədək kəşf olunmuş ən qədim süni tikili, ilk təqvimdir.

Onu da qeyd edək ki, bundan əvvəl də başqa ölkələrin ərazilərində qədim təqvimlər tapılıb. Amma elm adamları hazırda ən qədim təqvim kimi Türkiyə ərazisində tapılana üstünlük verirlər.

Oqtay QORÇU

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR