© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyədən xeyriyyəçi həkimlər Azərbaycana gəlib

Zəlzələ zamanı Azərbaycanın göstərdiyi yardıma görə və Türkiyə-Azərbaycan qardaşlığının göstərmək üçün Türkiyədən bir qrup könüllü xeyriyyəçi həkim komandası Azərbaycana gəlib.

Ortopedik və plastik cərrahlar həmçinin səhiyyə işçiləri müayinələri, əməliyyatları tamamilə pulsuz həyata keçirir.

Bu əməliyyatlar çərçivəsində skolioz, yanıq, serebral iflic, yarıq dodaq və yarıq damaq xəstəliklərinin müalicəsi həyata keçirilir.

Müayinəyə ehtiyacı olan xəstələrlə azərbaycanlı xeyriyyəçi Günay İman əlaqə qurur. (0777656568)

Ahmimder Dərnəyi Başçısı Ayşegül Aksu, "Son yüz ilin fəlakətini yaşadığımız bir vaxtda sağımızda solumuzda azərbaycanlı qardaşlarımız vardı. Türkiyə bu qardaşlığı tarix boyu unutmayacaq. Biz indi sədaqətimizi, qardaşlığımızı qorumaq və gələcək  nəsillərə izah etmək üçün Azərbaycandayıq. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığından dəfələrcə gözəl şəkildə bizə danışdı. Azərbaycan qardaşlığını dəfələrlə ən gözəl şəkildə vurğuladı. İndi bizim borcumuz onun sözlərinə qulaq asmaq və ona uyğun hərəkət etməkdir." dedi.

Bundan əlavə, Aksu, "Öz ölkəmizdə necə rahatıqsa, burada da eyniyik. O, həmçinin xalqın burada, "qardaş ölkədənsən" dediklərini, gülərüzlə qarşılandığını ifadə edərək gəlməyə davam edəcəklərini və bacardıqca könüllü əməliyyatlar edəcəklərini” bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR