“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla bağlı noyabrda dinləmələr keçiriləcək
GÜNDƏM“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla bağlı noyabr ayında dinləmələr keçiriləcək.
DAİM.AZ-ın məlumatrına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Musa Quliyev bildirib.
M.Quliyev qeyd edib ki, qanun qəbul olunsa da bunun icrası yetərli səviyyədə deyil.
M.Quliyev vurğulayıb ki, hətta məktəblərin yanında da tütün məmulatlarının satılması hallarına rast gəlinir və bununla bağlı müraciətlər daxil olur:
"Bu məsələ ilə bağlı araşdırmalar aparılır və noyabr ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı Milli Məclisdə dinləmə təşkil olunacaq”.
Maraqlana bilərsizr